Tayvan konfliktinin iqtisadi TƏSİRLƏRİ – Çinə Zəngəzur dəhlizi nə üçün lazımdır?

Tayvan konfliktinin iqtisadi TƏSİRLƏRİ – <span class="qirmizi">Çinə Zəngəzur dəhlizi nə üçün lazımdır?</span>

Tayvan məsələsi ölkəmizin siyasi gündəmində olmasa da hələ də beynəlxalq siyasətin ən aktual problemi olaraq qalır. Hazırda Rusiyanın Ukraynada düçar olduğu uğursuzluqları yaxından araşdıran Çin ABŞ-ın onun üçün qurduğu Tayvan tələsindən maksimum qorunmağa çalışır. Bununla belə Tayvandan vaz keçmək fikrində də deyil. Rəsmi Pekin bütün detalları icəliklə saf-çürük edir ki, Rusiyanın Ukraynada başına gələnləri o da Tayvanda yaşamasın.

Bizim.Media araşdırmasında isə fəqrqli tərəflərə toxunmağa cəhd edib.

Qeyd etdiyimiz konteksdə Çin-Tayvan münasibətləri dünya iqtisadiyyatı, eləcə də Azərbaycana təsir edə biləcəkmi?

İqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, Çin-Tayvan münaqişəsinin iqtisadiyyata təsirlərini doğru proqnoz etmək üçün Çin-Amerika münasibətlərinin bu gün və sabahı haqqında müfəssəl məlumata malik olmaq lazımdır:

"ABŞ-nin gələcəə addımları Çin-Tayvan münasibətlərinə, o cümlədən Çin idxal həcminə ciddi təsir göstərəcək. Tayvan vasitəsi ilə ABŞ-ın Çinə təzyiqi bütün dünyada bəlli bir məsələdir. Fərqli illərdə də ABŞ tərəfindən Çin iqtisadiyyatına qarşı elan edilməmiş müharibələr olub. Amma bu təzyiqlərin uzunmüddətli olacağını demək olmaz. Çünki ABŞ Çinin Rusiyanı gizli və ya aşkar dəstəkləməsinin qarşısını almaq üçün Çin tərəfdən bir öhdəlik götürülərsə, Ağ Ev Tayvan məsələsində daha yumşaq davranacaq".

Ekspert qeyd edib ki, ABŞ-nın Çinə qarşı münasibətini müşahidə etmək üçün hələ müharibə başlamamışdan öncə, bu ilin fevral ayının əvvəllərində ABŞ-da fəaliyyət göstərən 32 Çin şirkətinə tətbiq olunan sanksiyaları yadımıza salaq:

"Bir neçə gün əvvəl isə ABŞ-də bir qanun layihəsi qəbul olundu. Bu qanuna görə, artıq ABŞ-də fəaliyyət göstərən Çin şirkətlərinə orada investisiya həcmlərinin genişləndirilməsi qadağan olunub. Problemin kökündə Tayvan məsələsi durur. Çin-Tayvan münasibətləri Çin-ABŞ münasibətlərinin görünən üzüdür. ABŞ-də bu qanun davamlı olaraq qüvvədə qalsa da, şirkətlərin mövcudluğu məhdudlaşdırılmır, lakin genişləndirilməsi də mümkün deyil".

Son olaraq bildirək ki, yaxın bir neçə ay üçün dünya iqtisadiyyatı inflyasiya ilə üz-üzə dursa da, Çindən idxal olunan məhsul və mallarda ciddi boşluq gözlənilmir.

"Hər bir siyasi qanun, ələlxüsus da, iqtisadi tənzimləmə qanunun real iqtisadi göstəricilərə təsiri böyük olur. Buna baxmayaraq Çin məhsullarının idxalında mənfi tendensiya yaranmayıb və yaranmayacaq".

Bu məsələnin Azərbaycana təsiri şübhəsiz ki, yox deyil. Çinin idxalında tranzit rolunu oynayan ölkəmiz yaranmış situatsiyada qazanclı görünə bilər. Bu məsələdə Zəngəzur dəhlizi bir daha öz aktuallığı ilə diqqət mərkəzində qalmış olur.

Dünyanın ən qısa və ən təhlükəsiz bu yolu, Şərqlə Qərb, hətta konflikt şəraitində yaşayan ölkələr üçün də həyati əhəmiyyət kəsb edir. Siyasətdə sağ vurub, sol göstərmək priyomları olduğundan, Tayvanda Çinin damarına basmaq öz mahiyyətində əsasən iqtisadi niyyət gizlədir.

 

 

 

 

 

Mənbə: sonxeber.az