“Erməni deputat: “Azərbaycan Qarabağa tam nəzarət edəcək”

“Erməni deputat: “Azərbaycan Qarabağa tam nəzarət edəcək”<span class="qirmizi"></span>

Azərbaycan Qarabağ istiqamətində taktiki yerdəyişmələr və yenidən qurulan yolla elə bir vəziyyət yaratmağa çalışır ki, nəticədə silahlı qarşıdurmanın və mübarizənin bütün imkanlarının mümkün qədər qarşısı alınsın.

“Ölkə.Az” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Şərəfim mənim” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

Onun fikrincə, bunun ardınca yumşaq güc vasitəsilə birgə yaşayış şəraitinin yaradılması prosesi gələcək və bu proses zamanı Azərbaycan infrastrukturdan birgə istifadə, güzəştli şərtlərlə müxtəlif xidmətlərin göstərilməsi və yardım üzrə iri layihələr təqdim edəcək.
“Məqsəd birdir: yaxın illərdə mümkün qədər rahat şəkildə Azərbaycanın Qarabağ üzərində tam nəzarətini təmin etmək və Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını ön plana çəkmək.

Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Qarabağ məsələsini Ermənistanın xarici siyasi gündəmindən çıxarır. Bununla da həm Azərbaycana xoşməramlılığını nümayiş etdirir, həm də Qarabağla bağlı gələcək siyasi nəticələrin məsuliyyətindən xilas olur”.

Mənbə: olke.az