“Putin sülhə hazırlaşır, bu tarixdə təklif verəcək” – Şok iddia

“Putin sülhə hazırlaşır, bu tarixdə təklif verəcək” – Şok iddia<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putin noyabrda Ukrayna ilə sülh danışıqlarına başlaya bilər. Bu, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində strateji üstünlük əldə edəcəyi təqdirdə mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ingilis siyasi ekspert Timoti Eş deyib.

Onun sözlərinə görə, Putin NATO-ya ən azı müəyyən qədər təsir rıçağını əlində saxlamaq istəsə, həm Qərblə, həm də Ukrayna ilə danışıqlar aparmalı olacaq. Bu, qışdan əvvəl baş verə bilər, çünki Rusiyanın hərbi potensialı xeyli tükənib və hücum səngiyib. Eşin fikrincə, Xerson uğrunda döyüşdən çox şey asılı olacaq.

“Ən çox ehtimal olunan ssenari budur ki, Xerson uğrunda döyüş yaxın bir neçə ay ərzində başa çatacaq və payızda Avropanı enerji məsələsində sıxışdırmaq cəhdindən sonra Putin noyabrda sülh təklif edəcək. Top Ukraynanın meydançasında olacaq - yenidən pis sülhlə razılaşmaq, yoxsa mübarizəni davam etdirmək. Hiss edirəm ki, Ukrayna güzəştə getməyəcək. Birlik və əraziləri qaytarılana qədər mübarizə əzmi var. Cənub, Zaporoje və Xerson vilayətindəki limanlar Ukrayna üçün prioritetdir. Bu, sülhün möhkəmlənməsini təmin edə bilər”, - ekspert bildirib.

Eş vurğulayıb ki, yeni sazişlər ya bərabərlik, ya da Ukrayna tərəfinin xeyrinə bağlanacaq: “Bu, ilk növbədə, hər iki tərəfin hərbi gücünün 2014-cü ildəkindən xeyli fərqlənməsi ilə bağlıdır. Qərbin dəstəyi ilə Ukrayna lazımi silahları əldə edib və ümumi hərbi dinamikada üstünlüyə malikdir”.

Mənbə: teleqraf.com