Ərdoğan: Daha bir vəzifəni yerinə yetirdik – VİDEO

Ərdoğan: Daha bir vəzifəni yerinə yetirdik – VİDEO<span class="qirmizi"></span>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bərpası başa çatan Ayazma məscidinin açılışında iştirak edib.
Avropa.info xəbər verir ki, Ərdoğan yenidən ibadət üçün açılan Ayazma məscidində cümə namazı qılıb.
Üsküdar Kısıklıdakı iqamətgahını tərk edən Ərdoğan namaz üçün Ayazma məscidinə gəlib.
Burada cümə namazını qılan prezident Ərdoğan, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, prezidentin kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun, prezidentin sözçüsü İbrahim Kalın, İstanbul valisi Əli Yerlikaya, AK Partiya İstanbul İl sədri Osman Nuri iştirak edib. Türkiyə prezidentini Kabaktepe və Üsküdar Bələdiyyə Başçısı Hilmi Türkmen müşayiət edib.
Ərdoğan cümə namazından sonra Ayazma məscidinin açılışı ilə bağlı keçirilən mərasimdə çıxış edib.

Mənbə: avropa.info