Cənubi Koreya hökuməti Şimali Koreyanın təhdidlərinə qarşı müdafiəsini gücləndirmək üçün yeni qərarlar verəcəyini açıqlayıb. Ordu.az xəbər verir ki, açıqlamalar Pekin tərəfindən narazılıqla qarşılanıb.
Cənubi Koreyanın yeni hökuməti əvvəlki hökumətin ABŞ-ın THAAD Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərini ölkəyə yerləşdirməkdən çəkinməsi siyasətindən imtina edəcəyini bildirib. Çin bu açıqlamalara etiraz edib.
2017-ci ildə Cənubi Koreya Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə cavab olaraq ABŞ-ın THAAD sistemlərindən istifadə edəcəyini açıqlayıb. Lakin sonradan Şimali Koreya ilə əlaqələri davam etdirmək istəyən Mun Cae hökuməti sistemləri yerləşdirməkdən imtina etdi.
Cənubi Koreyanın yeni prezidenti Yun Suk Yeol Vaşinqtonla daha güclü təhlükəsizlik əməkdaşlığına söz verib və Şimali Koreyanın nüvə silahı və raket proqramlarını genişləndirmək səylərini sürətləndirdiyinə görə daha çox THAAD batareyaları əldə etməyə hazır olduğunu ifadə edib.
Çinin xarici işlər naziri Vanq Yi cənubi koreyalı həmkarı Park Jin ilə görüşdən sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Cənubi Koreyanın THAAD sistemindən istifadə etməsi istəyi Çinin “strateji təhlükəsizlik maraqlarını” pozur.
Sevinc Əliyeva
Ordu.az
Mənbə: ordu.az