Çindən ABŞ-a: “1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu də heç yaxşı bitməyəcək”

Çindən ABŞ-a: “1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu də heç yaxşı bitməyəcək”<span class="qirmizi"></span>

 

Vaşinqton ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri nəticəsində Tayvan boğazında yaranmış gərginlikdən regionda hərbi mövcudluğunu artırmaq üçün istifadə edə bilər.

Bu barədə Çinin xarici işlər naziri Van İ jurnalistlərə bildirib.

“ABŞ bu problemdən istifadə edə və hərbi gücünü artıra və daha ciddi bir böhran yaratmağa cəhd edə bilər deyə, biz ayıq-sayıq davranırıq”, - nazir qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Tayvan məsələsində xəyanəti və qəsdən təxribatı Pekin və dünya ictimaiyyəti tərəfindən onlara olan etimadı daha da sarsıda bilər.

“1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu heç vaxt yaxşı nəticələnməyəcək”, - deyə Çinin XİN rəhbəri vurğulayıb.

Van İ əlavə edib ki, başqa ölkələrdəki bir sıra siyasətçilər adanın müstəqilliyinin tərəfdarıdırlar və ABŞ-dan nümunə götürə bilərlər. Diplomat xəbərdarlıq edib ki, bu dövlətlərin hakimiyyət orqanları “vəziyyəti səhv qiymətləndirirlər” və bu, onların Çinlə münasibətlərinin pozulmasına gətirib çıxara bilər.

Mənbə: İnterfaks

Mənbə: www.oxu.az