F-16-larla bağlı mühüm gəlişmə - Türk nümayəndə heyəti ABŞ-a gedir

F-16-larla bağlı mühüm gəlişmə - Türk nümayəndə heyəti ABŞ-a gedir<span class="qirmizi"></span>

 

ABŞ və Türkiyənin nümayəndə heyətləri arasında F-16 məsələsi ilə bağlı üçüncü danışıqlar Vaşinqtonda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu öz üzərinə götürməsi və bundan sonra taxıl dəhlizinin qurulmasına rəhbərlik etməsi səbəbindən Vaşinqtonun Ankaraya F-16 döyüş təyyarələrinin satışını asanlaşdıracağı gözlənilir.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı təcili ehtiyaclar çərçivəsində keçən il sözügedən hərbi təyyarələrlə bağlı ABŞ-a müraciət edib. Tələb 40 ədəd döyüş təyyarəsinin alınmasını və 79 ədəd F-16-nın modernləşdirilməsini əhatə edir.

Mənbə: teleqraf.com