Ermənistan Müdafiə naziri polkovniki azyaşlı oğluna görə cəzalandırıb?

Ermənistan Müdafiə naziri polkovniki azyaşlı oğluna görə cəzalandırıb?<span class="qirmizi"></span>

 

Son 4 ildə Ermənistan Müdafiə Nazirliyinin təkzib etdikləri həqiqət, təsdiqlədiklərinin yalan olduğu ortaya çıxıb. “Hraparak.am” nəşri yazır ki, bir neçə gün əvvəl yayılan xəbərlə bağlı Ermənistan Müdafiə Nazirliyinin təkzibi də eyni janrdandır.

“Söhbət nədən gedir: Yazmışdıq ki, bu yaxınlarda Dilicana gedən yolda yerləşən yanacaqdoldurma məntəqəsində bir gənc Ermənistan müdafiə nazirinə barmağını göstərib, bundan sonra nazir polisə zəng edib. Məlum olub ki, gənc yüksək rütbəli hərbçinin oğludur və Papikyanın əmri ilə gəncin atası xidmətdən azad edilib. Hər şey öz yerində, adı və soyadı, təfərrüatları ilə açıqlanıb.

Ermənistan Müdafiə Nazirliyi xəbəri oxuyandan sonra nə edəcəyini bilmir. Daha sonra xəbəri sözçü Aram Torosyan vasitəsilə təkzib etməyə başlayırlar. Amma bunu yaxşı inkar edə bilmirlər və suallar yaranır. Məsələn, bu qədər detal ola-ola Nazirlik qısaca olaraq deyir yalandır.

Nə oldu? Əgər uydurmadırsa, gəncin atası polkovnik Atoyan niyə xidmətdən uzaqlaşdırılıb?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az