FTX əməkdaşları müharibədən imtina edirlər

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukraynada müharibəyə getməkdən kütləvi şəkildə imtina edirlər. Hətta maaşlarının 6-8 dəfə artırılmasına, əlavə güzəştlərə də razı deyillər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“Rusiya Xerson, Xarkov və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində yeni xüsusi xidmət bölmələri yaratmağa çalışır. Bütün səviyyələrdə hərbi əks-kəşfiyyat zabitlərinə ehtiyac var: köməkçilərdən tutmuş növbətçi komendanta qədər operativ və orta rəislərə qədər. Ukraynaya getmək istəyənlərin sayı çox azdır, ona görə də FTX öz işçilərinə təzyiq göstərməyə çalışır. Əgər bir şəxs işdən çıxarılma ərəfəsindədirsə və ya xidmətə tam uyğun gəlmədiyi barədə xəbərdarlıq edilirsə, o zaman ona müharibəyə getməyi təklif edirlər. Ancaq səylər demək olar ki, heç bir nəticə vermir. İnsanlar külli miqdarda pul təklifindən də imtina edirlər. Zəng edilən 200 nəfərdən yalnız 3-ü fikirləşəcəyini bildirib. Onlara ayda 450-600 min rubl maaş vəd edilir. Bu, müqavilə üzrə maaşdan 6-8 dəfə çoxdur", - məlumatda deyilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

F-16-larla bağlı mühüm gəlişmə - Türk nümayəndə heyəti ABŞ-a gedir

SONRAKI XƏBƏR

İranlı iş xanımı Atefeh Kərimi Azərbaycanda mükafata layiq görüldü