İlham Əliyevdən KÖMƏK İSTƏYƏN ermənilərə CİNAYƏT İŞİ açıldı

İlham Əliyevdən KÖMƏK İSTƏYƏN ermənilərə   <span class="qirmizi">CİNAYƏT İŞİ açıldı</span>

Azərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə videomüraciət edən ermənilərə “vətənə xəyanət” və “casusluq” ittihamları ilə cinayət işi qaldırılıb.

Publika.az xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu Vahe Qambaryan və İşxan Verdyanın Azərbaycanın “casusu” olduğunu iddia edir.

Onlara qarşı “vətənə xəyanət” və “casusluq” ittihamları irəli sürsə də, hər iki şəxsin erməni işğalını tənqid etməsi və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini açıq şəkildə bildirməsi onların “casus” yox, başqa ölkələrə qarşı ərazi iddiası siyasətindən bezən insanlar olduğunu sübut edir.

Qeyd edək ki, V.Qambaryan və İ.Verdyan Xankəndində Azərbaycan vətəndaşı kimi yaşamaq istədiklərini bildiriblər. İslamı qəbul edən erməni qadın Aqunik Abovyan isə Bakıya gəlmək, həyat yoldaşının və dostlarının vətənini görmək, mümkün olarsa, Şuşada məsciddə namaz qılmaq istədiyinə dair Azərbaycan Prezidentinə müraciət edib.

Asif

Mənbə: publika.az