“Zelenski üçün iki yol görürəm...” – Medvedyev

“Zelenski üçün iki yol görürəm...” – Medvedyev<span class="qirmizi"></span>

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin tribunala çıxmaqdan və ya komediya şoularında ikinci dərəcəli rollarına qayıtmaqdan başqa variantı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Jurnalist ondan Zelenski üçün hansı nəticəni gördüyünü soruşduqda Rusiya rəsmisi belə cavab verib: “Tribunal və ya ikinci dərəcəli rollarla komediya şousuna qayıdış”.

Medvedyev həmçinin ötən həftə Rusiya ordusunun işğalında olan Luqanskda olduğunu bildirib.

O iddia edib ki, döyüş bölgəsində olmaqdan qorxmur: “Qoy bizdən qorxsunlar”.

Medvedyev bölgəyə səfəri çərçivəsində Luqansk və Donetskdəki separatçıların başçıları Leonid Paseçnik və Denis Puşilinlə görüşüb.

Mənbə: teleqraf.com