Ərdoğanın bu fotosu gündəm oldu: "Bizə meydan oxuyur"

Ərdoğanın bu fotosu gündəm oldu: "Bizə meydan oxuyur" <span class="qirmizi"></span>

 

Türkiyənin “Mavi Vətən”dəki ən müasir gəmisi Əbdülhəmid Xanın Aralıq dənizinə yola salınması Avropa mediasının və Yunanıstan mətbuatının ən çox müzakirə edilən mövzusu olub.

Metbuat.az xəbər verir ki, xarici KİV-lər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbdülhəmid Xan gəmisinə helikopterdən baxarkən çəkilən fotonu manşetdə verib. Yunanıstan mediası yazır ki, Türkiyə Aralıq dənizindəki maraqlarından geri çəkilmək fikrində deyil və Ankara öz payını istəyir. Bildirilir ki, yeni gəminin də “Mavi Vətən”ə gəlməsi ilə Türkiyənin ərazidə karbohidrogen axtaran 4-cü gəmisi olacaq. Yunanıstan mediası Türkiyənin bu həmləsini “meydan oxumaq” kimi dəyərləndirib.

Qeyd edək ki, yeni gəmi Aralıq dənizinə 3 gün əvvəl yol salınıb.

Mənbə: metbuat.az