Trampın mülkündən 11 dəst məxfi sənəd tapıldı - FOTO

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) agentləri 11 dəst məxfi sənəd ələ keçiriblər. Onlardan bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur.

Qeyd olunur ki, FTB agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən təxminən 20 qutu əşya, fotoşəkillər olan qovluqlar, əlyazma qeydi və əfv sənədini götürüblər. Əfv sənədi isə onun keçmiş müşaviri Rocer Stounun əfvi ilə bağlıdır.

Həmçinin sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatların da olduğu qeyd edilir.

Mənbə: Lenta.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ilə anlaşan İsveçdən PKK mesajı – “Bunu qəbul etmirəm”

SONRAKI XƏBƏR

Prezidentin müsahibəsinin - Tam mətni + YENİLƏNİB