ABŞ Zaporojye AES-dəki vəziyyəti izləyir

ABŞ hakimiyyəti Zaporojye atom elektrik stansiyasındakı (AES) vəziyyəti diqqətlə izləməkdə davam edir və onun ətrafında demilitarizasiya zonası yaratmağa çağırır.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

“Energetika Departamenti və ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi radiasiya sensorlarının məlumat ötürməyə davam etdiyini bildirməyə davam edir. Xoşbəxtlikdən, bu məlumatlar radiasiya səviyyəsinin artması və ya anormal olmasının heç bir əlamətini göstərmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, AES ətrafında hər yerdə döyüşlər aparmaq təhlükəlidir:“Biz ərazinin demilitarizasiyasına və orada bütün hərbi fəaliyyətə son qoymağa çağırmaqda davam edirik. Bu məsələ dünən BMT Təhlükəsizlik Şurasında müzakirə olundu, AES-dəki vəziyyətlə bağlı Ukrayna hökuməti ilə də əlaqə saxladıq”.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Bu lap adama...yox, yox Çinə sataşmaq oldu

SONRAKI XƏBƏR

Salah və Kurtua “Qızıl top”a iddialı ilk onluqdadır - SİYAHI