“Joğovurd”: Paşinyanın torpaqların verilməməsi ilə bağlı dedikləri yalan idi

“Joğovurd”: Paşinyanın torpaqların verilməməsi ilə bağlı dedikləri yalan idi<span class="qirmizi"></span>

 

2016-cı il iyulun 6-da müxalifətdən olan Ermənistan parlamentinin deputatı Nikol Paşinyan KİV-lərdən birinin qonağı olarkən yeni təsis etdiyi “Vətəndaş müqaviləsi” partiyasının ideologiyası və partiya üzvlərinin dəyərləri haqqında danışıb. O iddia edib, erməni xalqı tarixin 1000 illik tsiklindən çıxmaq üçün mümkün olmayanı etməlidir və Ermənistan və Qarabağ həyati əhəmiyyət kəsb edən ərazidir. Ordu.az xəbər verir ki, bunu “Joğovurd” nəşri yazıb.

“Elə bir vaxt gəlir ki, geosiyasi vəziyyətdən çıxış edirik ki, dövlətçiliyimiz var, amma sonra geosiyasi vəziyyət dəyişəndə belə çıxır ki, bizim dövlətçilik şansımız olmayıb. Amma mən bununla razılaşmıram, erməni xalqı ölkədən qaçmağı dayandırmalıdır və bizim siyasi fəaliyyətimiz onun qarşısının alınmasına yönəldiləcək. Bu gün biz torpağı təhvil vermək haqda düşünmürük. Bugünkü siyasi elita bizi dövlətçiliyi itirmək yoluna aparır”, - deyə Paşinyan bildirib.

Həmin müsahibə zamanı Nikol Paşinyan da Aprel döyüşləri şəraiti, çatışmazlıqlar, yanlış idarəçilik və müharibə ilə bağlı digər mövzulardan danışır, o günlərdə mövcud ola biləcək boşluqları ən kəskin şəkildə tənqid edir.

“Günümüzün reallığı isə ondan ibarətdir ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra nəinki Qarabağı itirdik, hətta Ermənistan “ərazisi”ndən bəzi yerləri itirmişik.

Paşinyanın torpağı təhvil verməmək, “tarixi 100 illik dövrə” ilə mübarizə aparmaq, vətənpərvərliklə bağlı fəlsəfi ifadələri yalandır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az