AB Ukraynaya 4 kater verdi

AB Ukraynaya 4 kater verdi<span class="qirmizi"></span>

Avropa Birliyi dəyəri ümumilikdə 2,2 milyon qrivna olan 4 UMS-425CC patrul katerini Odessa vilayətinin Belqorod-Dnestr sərhəd dəstəsinə təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumat yayıb.

Bildirilir ki, katerlər Ukraynaya Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən “AB ilə birlikdə sərhəd təhlükəsizliyinə doğru” beynəlxalq texniki yardım layihəsi çərçivəsində verilib.

Mənbə: axar.az