Baltik dənizi rusların üzünə bağlanır?

Baltik dənizi rusların üzünə bağlanır?<span class="qirmizi"></span>

Estoniyanən müdafiə naziri Hanno Pevkur Finlandiyanın NATO-ya daxil olmasından sonra bu ölkə ilə birlikdə Rusiya gəmilərinin Baltik dənizinə daxil olmasını əngəlləmək və onu daxili dənizə çevirmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” Finlandiya mətbuatına istinadən xəbər verir.

“...Finlandiya və Estoniyanın raket əleyhinə müdafiə sisteminin inteqrasiyası Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlamağa imkan verəcək. Finlandiya və İsveçin NATO-ya daxil olması ilə Baltik dənizi alyansın daxili dənizinə çevriləcək”, - deyən Pevkur Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsinin Finlandiya körfəzinin enindən böyük olduğunu da vurğulayıb.

Estoniyanən müdafiə nazirinin dediyinə görə, bu barədə bir gün əvvəl Finlandiyaya səfəri və Finlandiyanın müdafiə naziri Antti Kaykkönenlə görüşü zamanı razılıq əldə olunub.

Pevkurun sözlərinə görə, ötən ilin payızında Estoniya dəniz hədəflərini sıxışdırmaq üçün İsrailin “Mavi nizə” raketlərini almağa qərar verib. Raketlərin uçuş məsafəsi 290 kilometrdir. Onlar Finlandiya körfəzində Finlandiya sahillərində istənilən yerdə hədəfləri vurmağa qadirdirlər. Bundan əlavə, finlər Estoniyanın şimal sahillərinə qədər olan su sahəsinə nəzarət edə bilirlər.

Ağasəf Babayev

Mənbə: sia.az