“Krımdakı aviabazanı Ukrayna xüsusi təyinatlıları partladıb” – “Vaşinqton Post”

İşğal olunmuş Krımdakı Rusiya aviabazasına güclü hücum ukraynalı xüsusi təyinatlıların işidir.

Bu barədə ukraynalı məmura istinadla «Vaşinqton Post» qəzeti xəbər verib.

Anonimlik şərti ilə qəzetə müraciət edən məmur Krımdakı əməliyyatın detalları barədə danışmayıb. Bu hücum demək olar altı aylıq müharibədə ilk əhəmiyyətli eskalasiyadır və o, Ukraynanın cəbhə xəttindən kənarda yeni zərbə endirmək qabiliyyətini nümayiş etdirir.

Ukrayna hava qüvvələri çərşənbə günü bəyanatla xəbər veriblər ki, bazada minimum 9 Rusiya hərbi təyyarəsi məhv edilib. Əgər bu informasiya təsdiqini taparsa, o zaman bu, Rusiya hava qüvvələrinin bir gündə verdikləri ən böyük itki olacaq. Təyyarələrin itirilməsi o deməkdir ki, Moskva üçün Ukrayna şəhərlərinə ən azı, hələlik hücum imkanları azalacaq.

Bu hücum həm də rusiyalıların Ukraynanın cənubuna uzunmüddətli perspektivdə nəzarəti saxlamaq qabiliyyətinə dərin təsir göstərə bilər. Əgər Krım bu gün gələcək hücumlara qarşı zəif olarsa, Rusiya ərazinin bu hissəsini lazımınca qorumaq məcburiyyətində qalacaq, hansı ki, Kreml buranı əlçatmaz və orada özünü təhlükəsizlikdə hiss edirdi.

Bu təhlükəsizlik hissi ötüb keçə bilər - cənubun qeyri-məhdud təchizatı kimi, Ukraynanın keçmiş müdaiə naziri, indiki Ukrayna müstəqil müdafiə strategiyası Mərkəzinin analitik təşkilatının başçısı Andrey Zaqorodnyuk deyib.

«Hücum rusiyalılara nümayiş etdirib ki, onlar heç yerdə məğlubedilməz deyillər. Ən başlıcası isə onlar Krımda özlərini təhlükəsizlikdə hiss etməyəcəklər. Onlar fikirləşirdilər ki, Krımda təhlükəsiz şəraitdədirlər və düşünürdülər ki, onlar böyük məsafədə təhlükəsizlikdədirlər» - o, əlavə edib.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə müəmma: yerin altından gələn qorxulu səs...

SONRAKI XƏBƏR

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu -