İran Azərbaycana qarşı çox təhlükəli OYUN OYNAYIR

"İran Ermənistan və Azərbaycanı iqtisadi yollar və ticarət yolu ilə bir araya gətirəcək Zəngəzur dəhlizinin açılması perspektivindən getdikcə daha çox panikaya düşüb və bununla da İranın İrəvanla müstəsna münasibətlərinə xələl gətirir".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, İran Ermənistanın zəifləməsi nəticəsində olsa belə, Azərbaycanın planlarına mane olmaq niyyətindədir:

"Əvvəllər İran Bakının bu istiqamətdə hər hansı irəliləyiş əldə etməsinə mane olmağa, bacardığı qədər müdaxilə etməyə və Azərbaycanın öz ərazilərini azad etməsinə mane olmağa çalışırdı. Lakin İran Ermənistanın adından birbaşa olaraq hərbi əməliyyatlarda iştirak edə bilmədiyi üçün onun yardımı məhdud oldu və uğursuz oldu.

Hələ ki İran keçmişdən vərdiş etdiyi müxtəlif təxribat və təzyiqlərdən istifadə etməyə çalışır, hətta ötən il iş Azərbaycanla az qala müharibə həddinə çatmışdı. İran həmçinin Cənubi Qafqazın uğurlu inteqrasiyası nəticəsində əldə edilən iqtisadi tərəqqidən ilhamlanacaq öz azərbaycanlı əhalisinin perspektivlərindən də narahatdır. İranın daxili planı əhalisini bölünmüş, yoxsul, narahat və bir-biri ilə ziddiyyətli vəziyyətdə saxlamaqdır. Regional sülh quruculuğunun uğurlu nümunəsini görmək onun öz nəzarətinin möhkəmlənməsinə birbaşa təhlükədir.

Ötən həftə Azərbaycan-Ermənistan sərhəddində bir sıra təxribatlar baş verdi. Bu, qismən Zəngəzurla bağlı irəliləyişə aidiyyatı olan reaksiya idi ki, təxribatların davamını bir qrup ekstremist tərəfindən Bakının Londondakı səfirliyinə müəmmalı hücumu fonunda da gördük. İran Zəngəzurdakı proseslərə müdaxilə etmək üçün indiki vəziyyətdə xaricdəki ermənilər və ya dini ekstremistlər kimi "etibarlı" qruplar vasitəsilə hərəkət etmək yolunu seçib, çünki müharibə aktı kimi şərh edilə bilən birbaşa diplomatik insidentdə iştirak etmək istəmir.

İranın regional hökmranlıq planlarına Azərbaycanla ticarət və səyahət üçün lazım olan və daxili üsyanla nəticələnə biləcək birbaşa münaqişəyə girmək daxil deyil. Lakin rəsmi Tehran həm də öz siyasi və iqtisadi statusuna meydan oxuya biləcək Azərbaycanın uğurunu sarsıtmağa çalışır, hətta bu, Ermənistanın zəifləməsi nəticəsindı olsa belə. İrəvan başa düşməlidir ki, Ermənistan İranın əsl müttəfiqi deyil, sadəcə olaraq, Azərbaycana qarşı istifadə olunur və Tehran öz şəxsi məqsədlərini güdür".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI - FOTO

SONRAKI XƏBƏR

Çin qırıcılarını bu ölkəyə göndərir