Avropa atom energetikasına dönür, yalnız Almaniya əzablı tərəddüddədir...

Avropa atom energetikasına dönür, yalnız Almaniya əzablı tərəddüddədir...<span class="qirmizi"></span>

Avropa atom energetikasına dönür, yalnız Almaniya əzablı tərəddüddədir...

"Almaniya atom energetikasından imtina edən yeganə dövlətdir"

"İsveçdə fəaliyyətdə olan altı atom stansiyası elektrik enerjisinin 40 faizini hasil edir"

"Fransada 56 reaktor elektrik enerjisinin 70 faizini hasil edir"

"Polşa hökuməti atom enerjisini ekoloji cəhətdən təmiz hesab edir"

Bu qışda mümkün energetika bohranı fonunda Almaniyada 2022-ci ildə istismara verilməsi nəzərdə tutulan son üç alman elektrik stansiyasının taleyi barədə gərgin mübahisə gedir.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Doyçe velle" nəşri yazıb.

Bir neçə variant müzakirə edilir: onların işini üç ay müddətinə uzatmaq? Yoxsa bir neçə ilə? Bəlkə artıq fəaliyyəti dayandırılan AES-lərin hakimiyyət tərəfindən dəstəklənən dinc atomdan mərhələli şəkildə imtina edilməsi çərçivəsində onları yenidən işə salmaq?

Nəşr yazır ki, Almaniya atom energetikasından imtina edən yeganə dövlətdir. Hələ 1998-ci ildə (Qerhard Şröderin AFR kansleri olduğu zaman) hökumət bu enerji növünün alınmasından mərhələli şəkildə imtina etmək barədə qərar verib.

2010-cu ildə artıq Angela Merkelin rəhbərliyi altında hökumət alman AES-lərinin istismar müddətini 12 il uzadıb.

Yaponiyanın "Fukusima-1"-də dağıdıcı qəzadan sonra hakimiyyətdə fikirlər haçalanıb.

Hazırda Almaniyada işlək vəziyyətdə olan üç AES ölkədə 6 faiz enerji hasil edir. Onları qazla işləyən elektrik stansiyaları ilə əvəzləmək planlaşdırılıb, lakin Rusiyanın Ukrayna ilə müharibəsi səbəbindən hazırda bu, mümkün deyil.

Avropanın digər ölkələri "dinc atom"dan imtina etməyə tələsmir. O cümlədən, Niderland 2021-ci ildə özünün yeganə AES-nin bağlanması qərarına yenidən baxaraq, daha ikisini tikmək niyyətindədir.

İsveçdə fəaliyyətdə olan altı atom stansiyası elektrik enerjisinin 40 faizini hasil edir. İsveç hakimiyyəti AES-lərin ölkənin enerji balansında payının bütövlükdə aşağı salınmasına tərəfdardır, lakin konkret müddətlər açıqlanmır.

Fransada 56 reaktor işləyir, onlar ölkədəki elektrik enerjisinin 70 faizini hasil edir, bunu fransızlar isitmə sisteminə yönəldir.

Polşanın öz AES-ləri yoxdur, onları yaratmaq istəyindədir. Polşa hökuməti atom enerjisini ekoloji cəhətdən təmiz hesab edir.

ABŞ, Cənubi Koreya və Fransa şirkətləri ölkədə ilk atom stansiyasının tikintisi hüququ uğrunda mübarizə aparır.

Mənbə: moderator.az