Erməni politoloq: “Yeni dünya nizamında bizim yerimizə qərar verirlər”

Erməni politoloq: “Yeni dünya nizamında bizim yerimizə qərar verirlər”<span class="qirmizi"></span>

 

Moskva avqustun sonuna qədər Ermənistan-Azərbaycan nizamlanmasına dair müxtəlif mövzular üzrə yüksək səviyyəli üçtərəfli təmaslar təşkil etməyi planlaşdırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Naçayev bildirib. Bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşə biləcəyini bəyan edib. Hələlik görüşün dəqiq tarixi açıqlanmayıb. Erməni politoloq Saro Saroyan bildirib ki, bu gün Zəngəzur ətrafında dünyada qızğın mübarizə gedir.

“Bu, 44 günlük müharibənin də böyük rol oynadığı yeni dünya nizamının qurulması prosesidir. Yeni dünya düzənində ayrı güclər olmayacaq”, - deyə o bildirib.

Saroyan qeyd edir ki, yeni dünya düzənində öz yerini tutmaq üçün Ermənistan ardıcıl siyasət apara bilmir.

“Yeni dünya nizamında bizim yerimizə qərar verirlər”, - deyə erməni politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az