İspaniyanın “Dragon” döyüş maşınları sınaqlara başlayır

İspaniyanın “Dragon” döyüş maşınları sınaqlara başlayır<span class="qirmizi"></span>

İspaniya Ordusunun 8x8 təkər formullu “Dragon” döyüş maşınları sınaqlara başlayır.
Ordu.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, maşın ötən ayın sonu kritik dizayn baxışı mərhələsini tamamlayıb. Bu mərhələdə maşının piyada döyüş və istehkamçı variantlarının istehsala və sınaqlara başlamaq üçün “kifayət qədər yetkin” olduğu müəyyən edilib.

Bir neçə şirkətin birləşdiyi “Tess Defence” konsorsiumunun bu il sınaq üçün yeddi “Dragon” təqdim edəcəyi gözlənilir.

Konsorsium 348 ədəd “Dragon” avtomobilinin çatdırılması üçün müqavilə imzalayıb. Bununla belə, sifariş 1000 avtomobilə qədər arta bilər. 348 avtomobilin 2027-ci ilə qədər çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva 
Ordu.az

Mənbə: ordu.az