“Rusiya ilə sülh danışıqları Moskvanın qələbəsi deməkdir” - Podolyak

“Rusiya ilə sülh danışıqları Moskvanın qələbəsi deməkdir” - Podolyak<span class="qirmizi"></span>


Ukraynanın Moskva ilə danışıqları bərpa etmək istəyi yoxdur, çünki bu, Rusiyanın qələbəsi deməkdir.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Ukraynanın “Babel” nəşrinə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə eksklüziv olaraq əsirlərin, eləcə də ölənlərin cəsədlərinin mübadiləsi məsələsinin həlli səviyyəsində dialoq aparır.
“Məhkumların azad edilməsi, cəsədlərin dəyişdirilməsi və sair ilə bağlı qərargahlar səviyyəsində müəyyən dialoqlarımız var. Yəni, bu humanitar komponentlə bağlı dialoqlardır. Hərbi tərəfdən isə heç bir dialoq yoxdur", - deyə rəsmi qeyd.
 

Mənbə: www.yeniavaz.com