KİV: “Boris Conson jurnalistikaya qayıda bilər”

KİV: “Boris Conson jurnalistikaya qayıda bilər”<span class="qirmizi"></span>

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yenidən jurnalistika fəaliyyəti ilə məşğul ola bilər.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, artıq ölkəsinin məşhur qəzetlərindən olan “Daily Mail” keçmiş hökumət başçısına köşə yazarlığı təklif edib.

Lakin B.Consona təklif olunan maaş və digər detallar açıqlanmayıb. Hələ ki, nə Britaniya hökuməti, nə də “Daily Mail” bu iddialara münasibət bildirib.

Qeyd edək ki, B.Conson 2016-cı ilə, yəni siyasətə gələnə qədər “The Teleqrafh” qəzetində köşə yazarı kimi çalışıb. O, yalan xəbər yazdığına görə qəzetdən uzaqlaşdırılıb.

Mənbə: report.az