Ukraynada 3182 uşaq valdeynsiz qalıb - Departament direktoru dəhşətli statistika açıqladı

Rusiyanın Ukraynaya hücumundan bəri Ukraynada 3182 uşaq valideynsiz qalıb.

"AzPolitika.info" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə telemarafon zamanı Milli Sosial Xidmət sektorunun Uşaq Hüquqlarının Müdafiəsi Departamentinin direktor müavini Vladimir Vovk məlumat verib.

Onun dediyinə görə, 541 uşaq valideynlərini itirib və ya onlarla heç bir əlaqəsi yoxdur. "Hazırda bizdə valideynlərini itirmiş 312 uşaq var ki, həmin uşaqların 206-sının heç bir sənədi yoxdur", - Vovk əlavə edib. Departament direktoru müharibə bitəndən sonra bu uşaqların valideynlərinin tapılacağına az da olsa ümid etdiyini bildirir.

BMT-nin məlumatına görə, müharibə başlayandan avqustun 7-dək Ukraynada 12 min 867 nəfər mülki itki qeydə alınıb ki, onlardan 5 401 nəfərinin həlak olduğu müəyyənləşdirilib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

"AzPolitika.info"

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

“Ukraynaya NATO dövləti kimi yanaşmaq lazımdır, amma” – Kissincer yenə ikibaşlı danışdı

SONRAKI XƏBƏR

Şestokoviçin azərbaycanlı TƏLƏBƏSİ: Onun Niyazi və Fikrət Əmirovla küsmək səbəbi nə olub? - VİDEO