"Türkiyənin Rusiyaya ixracı son səkkiz ilin ən yüksək səviyyəsinə çatıb" - "Bloomberg" nəşri yazır

Cari ilin birinci yarısında Türkiyədən Rusiyaya ixrac olunan malların həcmi son 8 ilin ən yüksək həddinə çatıb.

"AzPollitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "Bloomberg" nəşri məlluma yayıb.

Məlumatda qeyd olunur ki, Türkiyə mallarının Rusiyaya ixracı cari ilin birinci yarısında 3 milyard dollar təşkil edib ki, bu da son 8 ilin ən yüksək göstəricisi hesab olunur.

"Bloomberg" xatırladır ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və müharibənin hər iki tərəfi ilə münasibətləri balanslaşdırmağa çalışır.

Qəzet yazır ki, Türkiyə Ukraynaya pilotsuz təyyarələr verməklə yanaşı, Rusiya sərmayəsini təşviq edərək öz ölkəsinə mühüm xarici valyuta gətirir.

"AzPolitika.info"

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Merkelin təklifinə sərt reaksiya - “Hələ də cəsarətiniz çatmır ki...”

SONRAKI XƏBƏR

Türkiyədə Abramoviçin daha iki yaxtası tapıldı