Deputatdan Şuşada arıçılığın qadağan edilməsinə reaksiya: “Oradakılar erməni arılardır?”

Deputatdan Şuşada arıçılığın qadağan edilməsinə reaksiya: “Oradakılar erməni arılardır?”<span class="qirmizi"></span>

Nazirlər Kabineti (NK) “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nı təsdiqləyib. Sənədə əsasən, Şuşada bal və arı mumunun istehsalına da qadağa qoyulub. NK-nın bu qərarı ekspertlərin müzakirəsinə səbəb olub. Bildirilir ki, Şuşada arıçılığın inkişafı üçün hər cür şərait mövcuddur. Laçında arıçılıq varsa, Şuşada nə üçün qadağa olunsun?


Milli Məclisin deputatı Eldar Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, NK-nın bu qərarının səbəbləri aydınlaşdırılmalıdır: “Bunun nə ilə əlaqədar olduğunu araşdırmaq lazımdır. Bəlkə Şuşadakılar erməni arılardır? Bu hansı məqsəd, hansı yanaşmadır? Birinci dəfədir eşidirəm ki, arıçılığı qadağan etsinlər. Ola bilər, insanları qorumaq üçün belə qərar veriblər. Bəlkə bunlarda hansısa məlumat var, bilirlər, ona görə elə deyirlər. Qarabağ dağlıq zonadır, meşəlik, yaşıllıq üstünlük təşkil edir. Arılar da orada rahat hərəkət edirlər, bal yığırlar. Arıya lazımdır ki, meşəlik, gül-çiçək olsun, bal yığsın. Qarabağın balı həmişə dillərdə əzbər olub. Görəsən, bu qərarı hansı məqsədlə veriblər? Hər halda adi məsələ deyil. Hardansa qaynaqlanan məsələdir. Yəqin NK-nın hansısa informasiyası var. Düşməndən hər şeyi gözləmək olar”.


Aytəkin Qardaşova

Mənbə: pravda.az