"Taliban" aksiya keçirən qadınlara atəş açdı - Yaralılar arasında jurnalistlər də var

"Taliban" aksiya keçirən qadınlara atəş açdı - Yaralılar arasında jurnalistlər də var<span class="qirmizi"></span>

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup qadın aksiya keçirib.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, onlar azadlıq, təhsil və işləmək hüququ tələb ediblər.

Etiraz səbəbilə küçələrə çıxan qadınlara "Taliban" silahları sərt müdaxilə edib. Aksiyaçılar döyülüb, hətta onlara atəş də açılıb. Bəzi mənbələr isə havaya atəş açıldığını bildirirlər. Yaralıların sayı məlum deyil.

Nümayiş zamanı iki jurnalist də xəsarət alıb.

Mənbə: www.bakupost.az