Ermənilərin vətəndaşlıqla bağlı müraciəti - VİDEO

Ermənilərin vətəndaşlıqla bağlı müraciəti - <span class="qirmizi">VİDEO</span>

Ermənistan iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açıb. Səbəb onların Azərbaycan vətəndaşı olmaq istəmələridir. Ümumiyyətlə son vaxtlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən və buna görə, Prezident İlham Əliyevə müraciət edənlərin sayı durmadan artır.

Məsələyə münasibət bildirən millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Qarabağdakı ermənilər 30 ildən çox Ermənistan hakimiyyətinin təsiri altında olub, onların çirkin siyasi oyunlarının qurbanına çevriliblər. Sadə vətəndaşlar Azərbaycanda olan inkişafı, qısa zaman kəsiyində azad olunan ərazilərdə aparılan quruculuq işlərini görüb, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər. Bu da təbii ki, Ermənistan hakimiyyətinin xoşuna gəlmir. Hakiniyyət də daxil olmaqla İrəvanda yaşayan sakinlər onları təzyiq altında saxalayırlar.

Erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi həm də onların təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan dünyada təhlükəsiz region kimi tanınmaqdadır. Çünki Prezident çıxışlarında Azərbaycanın şərtlərini və Azərbaycan vətəndaşlığını qəbul edən erməni sakinlərin hüquqularının qorunacağına zəmanət verib. Analitik Yeganə Hacıyeva əlavə etdi ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinlər üçün bir sıra yanaşmalar mövcuddur.

Qeyd edək ki, Ermənistandakı mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyn erməni sakinlərin sayının artacağı istisna edilmir.

 

Mənbə: www.realtv.az