Qətər və İran XİN rəsmiləri görüş keçitiblər

Qətər və İran XİN rəsmiləri görüş keçitiblər<span class="qirmizi"></span>

Qətər xarici işlər nazirinin regional məsələlər üzrə müavini Məhəmməd Əl-Xelaifi İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri ilə görüşüb. AzVision.az İran mediasına istinadən xəbər verir ki, Tehranda baş tutan görüşdə regional və beynəlxalq hadisələr müzakirə edilib.

Tərəflər həmçinin hərtərəfli birgə fəaliyyət planını inkişaf etdirmək üçün danışıqlar prosesini müzakirə ediblər.


 

Mənbə: azvision.az