“Bunun nəticəsi Ermənistan üçün çox ağır olacaq“

“Prezident İlham Əliyev Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı Ermənistana çox ciddi mesajlar verdi. Dövlət başçısı bir daha Ermənistana xəbərdarlıq etdi ki, Ermənistan təxribatlara son qoymalıdır. Prezident çıxışı zamanı Qisas əməliyyatına da toxundu. O, bildirdi ki, Qisas əməliyyatı bir daha onu göstərdi ki, ermənilər yanlış yoldadırlar və onların bütün cəhdlərinin qarşısı qətiyyətlə alınacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, səfər zamanı ölkə başçısı ermənilərin Azərbaycanda yaşaması məsələsinə də toxundu: “Burada hər hansı bir imtiyazdan, statusdan söhbət gedə bilməz. Ermənilər Azərbaycan vətəndaşları kimi Azərbaycanın idarəçiliyi altında, Azərbaycanın rəmzlərini qəbul edərək yaşaya bilərlər.

Bütün bunlarla yanaşı Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezidentin toxunduğu məsələ diqqət çəkdi. Ermənistan tərəfi tez bir zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atmalıdır. Ali Baş Komandan həmçinin qeyd etdi ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır. Azərbaycan öz ərazisində istədiyi əməliyyatı həyata keçirə bilər və buna heç kim qarışa bilməz. Əgər, kimsə cəhd etsə, onun da qarşısı qətiyyətlə alınacaq. Ümumilikdə Prezident İlham Əliyev çox sərt və qətiyyəli bir formada Ermənistana xəbərdarlıq etdi. Ermənistan bundan çox ciddi formada nəticə çıxartmalıdır. Əks halda bunun nəticəsi Ermənistan üçün çox ağır olacaq”.

Arzu Qurbanlı

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Suriyalı ermənilərin “Zabux tryuku” necə nəticələnə bilər?

SONRAKI XƏBƏR

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR