Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib”

Türkiyə son onilliklərdə dünya bazarında özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, : Türkiyə silah və enerji resursları sahəsində mövqelərini gücləndirir. Ölkə təkcə son iki onillikdə dünya bazarında özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiq edərək, silah idxalçıları kateqoriyasından çıxıb.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sahəsində idxaldan asılılığı son 21 ildə minimuma enib.

“Bizim səylərimiz təkcə müdafiə sektoru ilə məhdudlaşmır. Enerji sahəsində mühüm addımlar atılır. Avropalılar qarşıdan gələn qışdan ciddi narahat olduqları halda, Türkiyə enerji təhlükəsizliyini təmin etmək üçün strateji addımlar atır”, - Türkiyə lideri bildirib.

O, Qara və Aralıq dənizlərinin Türkiyəyə aid hissələrində kəşfiyyat və qazma işlərinə diqqət çəkib. Ərdoğan əmin edib ki, yerli yataqlardan hasil edilən qaz sayəsində Türkiyə daha da güclənəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Xarici mətbuat Prezidentin son açıqlamasını ermənilərə ciddi xəbərdarlıq kimi dəyərləndirdi"

SONRAKI XƏBƏR

Prezident oğlunun evlilik təklifini rədd etdi, efirdən uzaqlaşdı, parkinson xəstəliyinə tutuldu - Doğum günündən zəhləsi gedən Xalq artisti