"Xarici mətbuat Prezidentin son açıqlamasını ermənilərə ciddi xəbərdarlıq kimi dəyərləndirdi"

"Xarici mətbuat Prezidentin son açıqlamasını ermənilərə ciddi xəbərdarlıq kimi dəyərləndirdi"

Avqustun 12-də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə yerli mətbuatda olduğu kimi xarici mətbuatda da böyük marağa səbəb oldu. Xarici mətbuatda çıxan yazıların təhlili onu göstərir ki, cənab Prezidentin son açıqlaması Azərbaycanın Ermənistana və ermənilərə etdiyi ciddi xəbərdarlıq kimi dəyərləndirilir. Bunun üçün xarici mətbuatın istifadə etdiyi başlıqlara diqqət yetirmək kifayətdir: “Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı”; “Əliyev Qarabağda cəza tədbirlərindən danışdı: istənilən hərbi əməliyyatı keçirə bilərik”; “İlham Əliyev: “Ermənistandan yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutu haqqında məlumat gözləyirik”; “Nə status, nə imtiyaz”: Əliyev Qarabağ ermənilərinin gələcəyi haqqında”; “Prezident Əliyev: “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur”; “Əliyev: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu”; “Ilham Əliyev: “Ermənistan Qarabağ ermənilərinə təsirini itirir”.

Balşıqlardan da göründüyü kimi, xarici mətbuat cənab Prezidentin Ermənistan və Qarabağ erməniləri ilə bağlı söylədiyi açıq və qətiyyətli fikirlərini, demək olar ki, olduğu kimi verdi və haqlı olaraq bunları Azərbaycan dövlətinin Ermənistana və ermənilərə etdiyi xəbərdarlıq kimi təqdim etdi.

Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdu. Həqiqətən də, cənab Prezidentin bu açıqlamasından sonra Ermənistanın gələcək danışıqlarda manevr etmək üçün heç bir şansı və ya Qarabağ ermənilərinin hüquqları adı altında manipulyasıya imkanları qalmadı.

Artıq Qarabağda yaşayan ermənilər qısa müddət ərzində seçimlərini etməlidirlər: ya Azərbaycanın vətandaşlılğını qəbul edib, hamı kimi ölkə qanunlarına uyğun, sivil qaydada yaşamalı, ya da, Konstitusiyasına hörmət etmədiyi ölkəni könüllü şəkildə tərk etməlidirlər.

Azay Quliyev Millət vəkili

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Bu andan etibarən tamam başqa ölkə olacağıq - Ərdoğan

SONRAKI XƏBƏR

Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib”