Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb

Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb<span class="qirmizi"></span>

Xaçmaz rayonunda bıçaqlanma baş verib.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə Ağtala kəndində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İlyasov Əfşan Ələkbər oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az