Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

 

Türkiyə ordusu sərhədlərin qorunması üçün lazım olan müdaxiləni vaxtında atır. Ordu.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, 24 iyul 2015-ci il tarixindən etibarən 35 min 656 terrorçu zərərsizləşdirilib.

Şəhid və qazilərin və onların ailələrinin Türkiyə Cümhuriyyəti üçün çox dəyərli olduğunu bildirən nazir sərhədlərin toxunulmazlığında onların ən böyük paya sahib olduğunu bildirib.

“Biz onların xatirələrini heç vaxt unutmamışıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”,- deyə Hulusi Akar bildirib.

Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Quba-Xınalıq yolunda minik avtomobili aşdı - YARALI VAR - FOTO

SONRAKI XƏBƏR

Hulusi Akar: “35 656 terrorçu zərərsizləşdirilib”