Hindistan Malayziyaya “Tejas” yüngül döyüş təyyarələri satılmasını təklif edib

Hindistan Malayziyaya “Tejas” yüngül döyüş təyyarələri satılmasını təklif edib<span class="qirmizi"></span>

 

Hindistan Müdafiə Nazirliyi “Hindustan Aeronautics Limited” (HAL) şirkətinin Malayziya hökumətinə “Tejas” təyyarəsi təklifini təsdiqləyib. Ordu.az xəbər verir ki, bu barədə Hindistanın dövlət müdafiə naziri Ajay Bhatt məlumat verib.

Təklifə şirkətin yüngül döyüş modelinin iki oturacaqlı variantı daxildir.

Şirkət rəsmi olaraq 2019-cu ildə Malayziya Hərbi Hava Qüvvələrindən təyyarə haqqında məlumat sorğusu alıb. Buna cavab olaraq firma 2021-ci ildə öz təklifini təqdim edib.

Malayziyanın nəzərdən keçirdiyi digər namizədlər arasında Cənubi Koreyanın FA-50 “Golden Eagle”, Rusiyanın MiQ-35 və Yak-130, Çin-Pakistanın JF-17 “Thunder” və Türkiyənin “Hürjet” təyyarələri var. Yerli mətbuat Malayziyanın Cənubi Koreya təyyarələrinə üstünlük verdiyini bildirir.

“Tejas” təyyarəsinin uzunluğu 13,2 metr və qanadları 8,2 metr təşkil edir və maksimum 5,3 ton yük daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az