Danimarka rusiyalılar üçün Şengen qadağasını dəstəkləyir

Danimarka hökuməti Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin məhdudlaşdırılmasının tərəfdarıdır. Amma bunu bütün Aİ ölkələri ilə birlikdə etməyə üstünlük verir.

Bunu Danimarkanın immiqrasiya naziri Kaare Dibvad bildirib.

Onun sözlərinə görə, bütün 2021-ci illə müqayisədə bu ilin ilk beş ayında Rusiya vətəndaşlarına Danimarkaya daxil olmaq üçün demək olar ki, üç dəfə çox turist vizası verilib.

“Estoniyanın təklifi ağlabatandır. Ümumavropa cavabı ilə çıxış etməliyik. Amma aydındır ki, Avropada rusiyalıların daxil ola biləcəkləri bir ölkə belə olarsa, prinsipcə bütün Şengen zonasına daxil olmaq mümkündür. Buna görə də qərarı bütün Aİ ölkələri birlikdə qəbul etməlidir”, - nazir vurğulayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İtaliyada məşhur cütlüyün toyu oldu

SONRAKI XƏBƏR

Aİ Gürcüstandakı islahatlardan narazıdır