Türkiyə 7 ildə 36 minə yaxın terrorçu məhv etdi

Türkiyə 7 ildə 36 minə yaxın terrorçu məhv etdi<span class="qirmizi"></span>

4 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçu zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Balıkəsir Polis Evində şəhid ailələri və qazilərlə görüşdə deyib.

"Bu terrorçular heç bir şəkildə kürd qardaşlarımızı təmsil edə bilməzlər. Biz türklər, kürdlər, ərəblər qardaşıq, əsrlər boyu çörəyimizi, suyumuzu bir yerdə paylaşmışıq, birlikdə bu vətəni dirçəltmişik, birlikdə vuruşmuşuq", - Akar çıxışında bildirib.

Mənbə: axar.az