Cina Lollobricida İtaliya parlament seçkilərində namizədliyini açıqlayıb

Cina Lollobricida İtaliya parlament seçkilərində namizədliyini açıqlayıb<span class="qirmizi"></span>

İtaliyalı aktrisa Cina Lollobricida sentyabrda keçiriləcək seçkilərdə ölkənin yuxarı palatasına (Senat) namizədliyini irəli sürüb.

95 yaşlı kino ulduzunun namizədliyi “Suveren və Xalq İtaliyası” siyasi birliyi tərəfindən irəli sürülüb.

Ona seçki kampaniyasında keçmiş prokuror Antonio İnqroya kömək edir.

Aktrisa qanunverici orqana daxil olmaq üçün tələb olunan üç faizlik həddi aşmağa ümid edir.

Seçkilər sentyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, təxminən 30 il əvvəl kinodan ayrılan Lollobricida artıq 1999-cu ildə Avropa Parlamentinə keçirilən seçkilərdə namizədliyini irəli sürsə də, cəmi 10 min səs toplayaraq qanunverici orqana düşə bilməyib.

Mənbə: TASS

Mənbə: www.oxu.az