ŞOK MƏQALƏ: bu ölkə dünya nizamına nəzarəti itirəcək

ŞOK MƏQALƏ: <span class="qirmizi">bu ölkə dünya nizamına nəzarəti itirəcək</span>

"Qlobal nizam sürətlə dəyişməyə meyllidir və Birləşmiş Ştatlar ona nəzarəti itirə bilər".

Publika.az xəbər verir ki, bu barədə jurnalist Ceyms Li Britaniyanın "Express" nəşri üçün yazdığı məqaləsində bildirib.

Onun fikrincə, SSRİ dağılandan sonra ABŞ tez bir zamanda dünya hegemonu rolunu öz üzərinə götürdü, gücünü artırdı və dünyanın ən böyük iqtisadiyyatına çevrildi. Eyni zamanda, Donald Trampın hakimiyyəti, İraq və Əfqanıstandakı müharibələr bəzi ölkələrin ABŞ-a münasibətini dəyişdi.

Li qeyd etdib ki, son üç ildə dünya koronavirus pandemiyası və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı kimi böyük hadisələrlə sarsılıb. Belə faktlar dünya düzəninin simasının dəyişməsinə səbəb olub.

"Üstəlik, əvvəlki soyuq müharibələr həyəcan verici sürətlə qızışır. Hind-Sakit Okeanı regionunda və Cənubi Çin dənizindəki vəziyyət rəqib güclər arasında qaynayan münaqişənin nümunəsidir", - deyə jurnalist əlavə edib.

 

O hesab edir ki, ABŞ hələ də öz mövqeyini saxlayır, lakin onun sabitliyi şübhə altındadır. Ekspert rəyinə əsaslanaraq, Li vurğulayıb ki, indi inkişaf etməkdə olan güclər yuxarıdakıları sıxışdırmağa çalışırlar.

Hüseyn İbadlı

Mənbə: publika.az