Rus ordusunun 20%-i məhv edilib – Zalujnı

Rusiya ordusunun 20%-i artıq Ukraynada məğlub olub.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı general Mark Millli ilə söhbəti zamanı deyib.

“Düşmən ilk növbədə canlı qüvvələrində əhəmiyyətli itkilər verir. Rusiya Silahlı Qüvvələrinin Ukraynada döyüş əməliyyatlarında iştirak edən bölmələrinin beşdə biri məğlub edilib”, - V.Zalujnı deyib.

Qeyd edək ki, ABŞ kəşfiyyatının hesablamalarına görə, Ukraynada hər gün 500-ə yaxın rus əsgəri ölür və ya yaralanır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Arıları “çipləşdirib” kəşfiyyatçılara çevirdilər - FOTO

SONRAKI XƏBƏR

Avstraliya paytaxtının hava limanı atışma ilə əlaqədar təxliyə edilib