Pakistan səfiri: “İkitərəfli münasibətlərə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”

Pakistan səfiri: “İkitərəfli münasibətlərə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”<span class="qirmizi"></span>

Pakistan səfirliyi ölkənin Müstəqillik Gününü qeyd edib.

"Report" xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

Müstəqilliyin 75-ci ildönümü şərəfinə səfirlikdə Pakistanın bayrağı qaldırılıb, ölkə Prezidentinin və Baş nazirinin məktubları oxunub.

Bilal Haye jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir və bu, bir çox sahələri əhatə edir, dərin tarixə malikdir: “Azərbaycan həmişə Pakistanı dəstəkləyir, necə ki, Pakistan da Azərbaycana dəstək verir. Ölkəmiz Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. İkitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Mənbə: report.az