Ruslar Ukrayanın əks-hücumlarına dözə bilməyəcək

Ruslar Ukrayanın əks-hücumlarına dözə bilməyəcək<span class="qirmizi"></span>

Ukrayna ordusu rusların hələ də istifadə edə biləcəyi yeganə Kaxovka körpüsünə zərbələr endirməklə Rusiyanın quru xətlərini bağlamağa cəhd etməkdə davam edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Hücum və hətta genişmiqyaslı müdafiə əməliyyatları üçün kifayət qədər sursat, yanacaq və ağır texnikanın ponton keçidləri və ya hava yolu ilə daşınması qeyri-mümkündür. Əgər Ukrayna qüvvələri hər üç körpünü dağıdıbsa və rusların onların hər hansı birini uzun müddət bərpa etməsinə mane ola bilsələr, Dnepr çayının qərb sahilindəki rus qoşunları Ukraynanın məhdud əks-hücumlarından belə müdafiə oluna bilməyəcəklər”, - hesabatda bildirilib.

Mənbə: axar.az