“Rusiya ordusu öz arxasınca çılpaq çölləri buraxıb keçir...” – Ruslar etiraf edirlər

“Rusiya ordusu öz arxasınca çılpaq çölləri buraxıb keçir...” – <span class="qirmizi">Ruslar etiraf edirlər</span>

Rusiyanın işğalçı ordusu fevralın 24-də başlanmış tammiqyaslı müharibədə məqsədli şəkildə Ukraynanın şəhərlərini dağıdır.

Bu barədə Rusiya Federasiyasından olan siyasətçi, «Həqiqət uğrunda» partiyasının üzvü, bundan əvvəl Donetskdə «dxr»-in eks-rəhbəri Zaxarçenkonun kuratoru işləmiş Aleksandr Kazakov etiraf səsdəndirib. Onun bəyanatına jurnalist Denis Kazanski öz videobloqunda diqqət çəkib.

Kazakov hətta işğalçıların Ukraynada dağıdıcı fəaliyyətini və onlar tərəfindən dinc insanların yaşadığı yaşayış məntəqələrinin məhv olunduğunu inkar etməyib.

«Bizim ordumuz antifaşist olduğu səbəbindən, o, keçdikcə nəinki dövləti, həm də sosial institutları sındırır. O, sadəcə olaraq, hər şeyi sındırır. Çünki oralarda olan hər şey, munisipolitetdən tutmuş, məktəbə, uşaq bağçasına, musiqi və idman məktəblərinə qədər, onların hamısına banderovçuların ruhu hopub… Rusiya ordusu öz arxasınca çılpaq çölləri buraxıb keçir, baxmayaraq ki, orada şəhərlər və insanlar var» - o, bəyan edib.

Mənbə: azpolitika.info