Rusiya ordusu Xersonda hələ nə qədər dözə biləcək? - Jdanov cavab verib

Ekspert danışıb ki, düşmən qruplaşması Dneprin sağ sahilində hansı vəziyyətə düşüb.

Ukrayna silahlı qüvvələri (USQ) Rusiya ordusu qruplaşmasına imkan verməyəcək ki, onlar ordu üçün döyüş sursatlarını, yanacağı və qida məhsullarını Dneprin sol sahilindən (Xerson vilayəti) sağ sahilinə keçirsinlər.

Bu fikri hərbi ekspert Oleq Jdanov səsləndirib. Onun sözlərinə görə, işğalçıların panton paromlarla təchiz etdiyi həcmlər sağ sahil qruplaşması üçün kifayət deyil, bu, «dənizdə damla» kimidir.

«Biz, ehtiyatlara, anbarlara zərbə endirməkdə davam edirik - həm aviasiya ilə, həm də artilleriya ilə. Hər gün bir-iki heyət, idarəetmə məntəqəsi məhv edilir. Rusiyanın HHM sisteminə qarşı əla işləmişik və dizim aviasiya orda az-çox sərbəst uçur və hər gün düşmənin bir neçə atəş nöqtəsinə zərbə endirir. Yeri gəlmişkən, aviasiya dəfələrlə artilleriyadan güclüdür və daha çox obyekti sıradan çıxarda bilir. O, kifayət qədər yüksək effektli sahələrə zərbə endirə bilir» - o, deyib.

Jdanov qeyd edir ki, sağ sahildə rusiyalıların resursları uzun müddətə bəs etməz.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

ABŞ dünyanı xaosa çəkir: Ağ Evin "Çin planı" dağıdıcı savaş vəd edir

SONRAKI XƏBƏR

İspaniyada genişmiqyaslı meşə yanğını: Səkkiz kənd boşaldıldı