Küveyt altı ildən sonra İrana səfir təyin edib

Küveyt altı ildən sonra İrana səfir təyin edib<span class="qirmizi"></span>

Küveyt altı ildən sonra İrana səfir təyin edib.

Bu barədə “Report” İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, səfir Bader Abdullah Əl-Munaih Tehranda etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahiana təqdim edib.

Bu addım Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.

Qeyd edək ki, 2016-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsindən sonra Küveyt Tehrandakı səfirini geri çağırıb.

Mənbə: report.az