İrəvanda ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi məlum deyil

İrəvanda ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi məlum deyil<span class="qirmizi"></span>

İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdu.

APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.

O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 2 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.

Mənbə: azpolitika.info