Putinin aşpazı Yevgeni Priqojin Ukraynada öldürülüb? - Luqanskda “Vaqner”in qərargahı vurulub...

Ukrayna ordusu “Vaqner” Özəl Hərbi Kompaniyasının Luqansk vilayətininin Popasna qəsəbəsində yerləşən qərargahına zərbələr endirib.

PİA .az xəbər verir ki, hu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Məlumata görə zərbə HIMARS reaktiv yaylım atəş sistemi ilə endirilib. Dəqiq zərbədən sonra “Vaqner” ÖHK-nın (Özəl Hərbi Kompaniya) qəragahının tam dağıldığı və çoxlu sayda “Vaqnerçinin” öldüyü bildirilir.

Ukrayna mənbələri Popasnadakı “Vaqner” qərargahında qruplaşmanın yaradıcısı və rəbbəri, rusiyalı milyarder, Putinin aşpazı olaraq bilinən və Kremlə çox yaxın olan, faktiki olaraq Putinin gizli gərbi birliklərinə rəhbərlik edən Yevgeni Prqojinin də öldüyünü bildirilər. Lakin rus mənbələr bunu təsdiqləmir. Buna baxmayaraq Priqojinlə əlaqənin kəsildiyi qeyd olunur.

Rusiyalı “voenkorlar” Poapasnada “Vaqner” qərargahında

Qeyd olunur ki, Ukrayna “Vaqner” qərargahının yerini məhz Rusiyanın təbliğatını aparan rus hərbi jurnalistlərin fərasəti nəticəsində müəəyyən edib. Belə ki, “voenkorlar” Poapasnada “Vaqner” qərargahında olmaları ilə bağlı məlumat və foto yayıblar. Həmin fotoların birində isə qərargahın ünvanı görünür. Priqojinin yaxın ətrafından da öz şeflərinin məhz Luqanskda olduğu bildirilib.

Xatıqladaq ki, Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından biri hesab olunur və onun ölümü Putinə ağır zərbə olacaq.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Çin orbitə 16 peyk göndərdi

SONRAKI XƏBƏR

ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ