Sevastopolda terror təhlükəsinin "sarı" səviyyəsi uzadıldı

Krım yarımadasının Sevastopol şəhərində terror təhlükəsinin yüksək (“sarı”) səviyyəsi avqustun 29-dək uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər hökumətinin saytında məlumat verilib.

“Sevastopol şəhəri üzrə antiterror komissiyasının sədrinin qərarı ilə saat 18:00-dan 18:00-dək Sevastopol şəhərində terror təhlükəsinin yüksək (“sarı”) səviyyəsi müəyyən edilib”, - mesajda deyilir.

Şəhər sakinlərinə “ətrafdakı vəziyyətə həmişə nəzarət etmək”, unudulmuş əşyaları tapdıqda onlara toxunmamaq, həmçinin “nə qədər cəlbedici görünsələr də, sahibsiz əşyaları götürməmək” tövsiyə edilib.

İyulun sonunda Qara dəniz donanmasının qərargahına pilotsuz təyyarə hücumu ilə əlaqədar Sevastopolda terror təhlükəsinin sarı səviyyəsinin tətbiqi qərara alınıb .

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Bakıda ağır qəza: Avtomobil yolu keçən velosipedçini vurdu

SONRAKI XƏBƏR

Çəkini nəzarətdə saxlamaq üçün sadə qaydalar açıqlandı