Çindən ABŞ-a növbəti xəbərdarlıq

Çindən ABŞ-a növbəti xəbərdarlıq<span class="qirmizi"></span>

Pekin Vaşinqtonu ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və vahid Çin siyasətinə riayət etməyə çağırır.

Axar.az xəbər verir ki, bunu Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şiaminq Tvitter hesabında yazıb.

Diplomat ABŞ konqresmenlərinin Tayvana yeni səfərini belə şərh edib:

"Senator Ed Markinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətinin avqustun 14-ü və 15-də Taypeyə səfəri Hind-Sakit okean regionuna daha genişmiqyaslı səfərin tərkib hissəsidir. Bu, odla oynamaq kimi çox təhlükəli bir addımdır. Odla oynayanlar isə bundan öləcəklər. Biz aidiyyatı ölkələri "Vahid Çin" siyasətinə əməl etməyə, Tayvan məsələləri ilə düzgün məşğul olmağa və Pekinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq".

Mənbə: axar.az